27 Aprel, 2012
Biz sonadək Azərbaycan xalqı iləyik!

Ayətullahul-Üzma Seyyid Ələvi Gürgani Azərbaycandan olan bir qrup zəvvarla görüşüb.

Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadəti münasibətilə təsliyyət deyən Ayətullah Gürgani "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!" ayəsinə işarə edərək bildirib ki, hər bir insanın rəhbərə ehtiyacı vardır. Yeni doğulmuş uşaq necə valideynlərinin məhəbbətinə ehtiyaclıdır, eynilə yetkin insan da rəhbərə ehtiyac duyur ki, həmin rəhbər Allah, Rəsulu(s), imamlar(ə) və din alimləridirlər.

Din alimlərinə olan ehtiyacın səbəbini Hz.Mehdi(ə.f) qeybətdə olması ilə əlaqələndirən mərcei-təqlid bildirib ki, siz azərbaycanlılar da həmçinin heç vaxt Əhli-Beytdən(ə) və din alimlərindən özünüzü kənar etməyin. Çünki yalnız bu vasitə ilə şeytan insandan uzaq düşə bilər. Əgər buna riayət edilməsə, şeytanın qurduğu tələlərə düşmək labüdləşir. Şeytan isə and içib ki, biz insanları haqq yoldan azdıracaqdır.

Sonda Ayətullah Gürgani İran xalqının müsəlman Azərbaycan xalqını dəstəklədiyini bildirərək deyib ki, biz sonadək Azərbaycan xalqı iləyik və heç vaxt Əhli-Beyt(ə) ardıcıllarından imtina etmərik.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1062.html