25 Aprel, 2012
Beynəlxalq təşkilat Avropada yaşayan müsəlmanların ayrı-seçkiliyə məruz qaldığını açıqlayıb

“Amnesty İnternational” təşkilatı Avropada yaşayan müsəlmanların ayrı-seçkiliyə məruz qaldığını bəyan edib. “Media forum” saytı xəbər verir ki, təşkilatın məruzəsində Avropa ölkələri müsəlmanlarına əsasən təhsildə və işdə ayrı-seçkilik qoyulduğu vurğulanıb.

Hüquq müdafiəçiləri Belçika, Fransa, Niderland, İspaniya və İsveçrədəki vəziyyətlə bağlı məruzələrində bu ölkələrin hakimiyyətini müsəlmanlara qarşı yönəlmiş mənfi hal və mövhumatla mübarizə aparmağa çağırıb.

Beynəlxalq təşkilatın fikrincə, Belçika, Fransa, Niderland ayrı-seçkiliyə qarşı yönəlmiş qanunlara əməl etmir, müsəlmanların işə qəbul edilməməsinə və onlara iş yerlərində dini simvollardan istifadə etmək qadağası qoyulmasına imkan verir.

Hüquq müdafiəçiləri belə halların Avropa İttifaqının dini zəmində ayrı-seçkiliyi yasaqlayan qanunlarına zidd olduğunu hesab edirlər.

Beynəlxalq təşkilat ayrılıqda İsveçrəni 2009-cu ildə minarələrin tikintisinə qadağa tətbiq etdiyinə görə tənqid edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1061.html