
Bu gün 25 aprel, Cəmadius-sani ayının 3-ü Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür. Bu şəhadət münasibətilə başda Hz.Mehdi(ə.f) olmaqla bütün Əhli-Beyt(ə) aşiqlərinə təsliyyət deyirik.
Xatırladaq ki, Xanım Zəhranın(s.ə) şəhadət günü barədə bir neçə tarix qeyd olunub ki, onlardan ikisi, Cəmaduil-əvvəl ayının 13-ü və Cəmadius-sani ayının 3-ü daha məşhurdur. Həmin iki tarixin arasında 20 gün fərq vardır ki, Əhli-Beyt(ə) aşiqləri həmin günləri Əyyami Fatimiyyə(Fatimə günləri) adlandıraraq həmin 20 günü Xanım Zəhraya(s.ə) əza saxlayarlar.