13 Noyabr, 2020
28 ildən sonra Şuşada ilk dəfə cümə namazı qılındı - VİDEO

Azərbaycanlılar 28 ildən sonra ilk dəfə Şuşada, Gövhər ağa məscidində cümə namazı qılıb.

Ahlibeyt.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb. Namaz vəhdət şəklində (hər iki məzhəb nümayəndələri ilə birlikdə) qılınıb.

Qeyd edək ki, Azərbaycan Ordusu 28 ildən sonra, bu il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edib.

Görüntüləri təqdim edirik:

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10586.html