13 Noyabr, 2020
“İçindəki günəşi qoru, narkotikə yox de” adlı yeni videoçarx hazırlanıb

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.38-ci bəndinə müvafiq olaraq, animasiya formatında “İçindəki günəşi qoru, narkotikə yox de” adlı yeni maarifləndirici videoçarx hazırlanıb.

Ahlibeyt.az-ın xəbərinə görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumatında bildirilib ki, həmin videoçarxın mövcud şərait nəzərə alınmaqla, gələcəkdə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılması nəzərdə tutulur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10583.html