10 Noyabr, 2020
Rusiya sülhməramlılarının olduğu 10 təyyarə Dağlıq Qarabağa yola düşüb

Rusiyadan göyərtəsində sülhməramlıların olduğu 10 təyyarə Dağlıq Qarabağa yola düşüb.

Ahlibeyt.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, göyərtəsində Rusiya sülhməramlılarının olduğu 9 “İl-76” təyyarəsi Ulyanovskdan Dağlıq Qarabağa yola salınıb.

Təyyarələrdə sülhməramlıların şəxsi heyəti, avtomobil texnikası, hərbi zirehli vasitələr var.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanın müqavilənin şərtlərinə görə, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirililməsi nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10568.html