7 Noyabr, 2020
Ermənistanın işğalı dövründə dağıdılan mədəni və tarixi abidələrlə bağlı UNESCO, İSESCO və İƏT-ə çağırış edilib - VİDEO

Azərbaycanın Qubadlı rayonundakı Məmər məscidinə yaxın XVIII əsrə aid tarixi abidə Ermənistanın işğalı dövründə tövləyə çevrilib.

Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Biz UNESCO, İSESCO və İslam Əməkdaşlıq Təşkilatını (İƏT) addımlar atmağa və bu cür barbar hərəkətləri qınamağa çağırırıq”, - deyə H. Hacıyev vurğulayıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10557.html