
İranın XİN-nin nümayəndəsi Seyyid kazim Səccadi bildirib ki, Suriyada oğurlanmış daha 2 nəfər iranlı zəvvar azad ediliblər.
Kazim Səccadinin sözlərinə görə, nazirliyin və İran dövlətinin Suriya və Türkiyədəki səfirliklərinin səyləri nəticəsində Suriyada oğurlanmış daha 2 nəfər İran vətəndaşı azad edilmişlər ki, aprel ayının 24-də vətənə dönəcəklər.
Qeyd edək ki, Suriyada fəaliyyət göstərən silahlıların əlində hələ də İran vətəndaşı olan 4 nəfər zəvvar və 7 nəfər mühəndis vardır ki, İran dövləti onların da azad edilməsi üçün əlindən gələni əsirgəməməkdədir.