
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilən bütün əraziləri azad edilməlidir.
Ahlibeyt.az xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu ilə bağlı çıxışı zamanı bildirib.
Azərbaycanla Ermənistan arasındakı müharibə acı bir hadisədir və bölgənin təhlükəsizliyini təhdid edir.
Ermənistan tərəfindən işğal edilən bütün Azərbaycan əraziləri geri qaytarılmalı və həmin ərazilərdəki ermənilərin təhlükəsizliklərinə zəmanət verilməlidir.
Ayətullah Xamenei bildirib ki, bu müharibə region üçün təhlükə yaradır və tez bir zaman ərzində bitməlidir və beynəlxalq sərhədlər pozulmamalıdır.
İranın Ali dini lideri həmçinin qeyd edib ki, münaqişə bölgəsində olan terrorçular İran sərhədlərindən uzaq saxlanılmalıdır və sərhədlərimizə yaxınlaşmamalıdır. Bu baş verdiyi halda onlara qarşı tədbirlər görüləcək.