
Gürcüstanın Müdafiə Nazirliyi cib kitabı formatında Qurani-Kərimin gürcücə tərcüməsini çap etdirib.
Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov açıqlama verib.
Çap olunmuş Qurani-Kərimin tərcüməsi ölkənin Müdafiə Qüvvələrində xidmət edən müsəlman hərbçilər üçün nəzərdə tutulub.
Gürcüstan Müsəlmanları idarəsi ilə əməkdaşlıq çərçivəsində çap olunan bu kitabın ərəb dilindən gürcü dilinə tərcüməsi İdarənin əməkdaşı, illahiyatçı Rezo Mikeladzeyə məxsusdur.
Gürcüstan Müsəlmanları İdarəsi bu təşəbbüsə və müsəlman hərbçilərin dini hüquqlarının qorunması sahəsindəki işlərinə görə nazirliyə təşəkkür edib.
Qeyd edək ki, ki, 5 il öncə Müdafiə Nazirliyinin təşəbbüsü ilə müsəlman əsgərlərin xidmət etdikləri hərbi hissələrdə gündəlik namazlar və həmçinin Cümə və Bayram namazlarının qılınması üçün xüsusi ibadət yerləri yaradılıb.