24 Aprel, 2012
Bəhreyn kralı danışıqlara gedir amma...

Bahrainmirror.com saytı xəbər verir ki, Bəhreyn kralı Həməd bin İsa Ali Xəlifə Bəhreyn müxalifətinə danışıqlara hazır olduğunu bildirən məktub göndərib.

Saytın verdiyi xəbərə görə, kral iki məsələdən başqa bütün məsələlərdə danışıqlar aparmağa razıdır. Həmin iki mövzunun birincisi baş nazir mövzusu, ikincisi isə şiələrin kəşfiyyat və təhlükəsizlik orqanlarında işləmələri mövzusudur ki, kral həmin mövzuların müzakirə edilməsinin qeyri-mümkün olduğunu açıqlayıb. Məktubda həmin mövzuların rejimin qırmızı xətti olduğu bildirilib.

Sayt həmçinin müxalifətin iki gün ərzində bu məktuba cavab verəcəyini açıqlayıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1054.html