
İmam Əli ibn Musa ər-Rzanın(ə) hərəminin(Astani-Qüdsü-Rəzəvi) qeyri-iranlı zəvvarlar və İslam təbliğatı idarəsinin məsul işçisi Hüccətül-İslam Nəbəvi norveçli gəncin İslam dinini qəbul etdiyini bildirib.
Hüccətül-İslam Nəbəvi bildirib ki, 29 yaşlı norveçli gənc mart ayının axırlarında İranın Məşhəd şəhərinə arxitektor işləmək üçün təşrif buyurmuşdur. Məşhəddə olduğu müddətdə o İslam dini ilə bağlı ədəbiyyatlar mütaliə edtmiş və İslam dinini qəbul etmək qərarına gəlmişdir.
Hüccətül-İslam Nəbəvi həmçinin Torgeyr Olsen adlı gəncin şəhadeteyni iqrar edərək islam dinini qəbul etdikdən sonra özünə Məsud adını seçdiyini bildirib.