
Dəməşq Müftisi şeyx Məhəmməd Adnan terror hücumuna məruz qalıb.
Ahlibeyt.az-ın məlumatına görə, bu barədə xəbəri rəsmi SANA agentliyi yayıb.
Avqaf Nazirliyinin və Rif Dəməşq Departamentinin direktoru Şeyx Hadzer Şahrur bildirib ki, Qudsiya şəhərində yerləşən “Əl-Sahara” məscidinin yaxınlığında muftinin şəxsi avtomobilinə kustar üsulla düzəldilmiş partadıcı yerləşdirilib: “Mexanizm işə salındıqdan sonra partlayış baş verib və mufti ağır yaralanıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb”.