
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də işğaldan azad olunmuş məntəqələr barədə açıqlama vermişdir.
Ahlibeyt.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.
Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun 3 kəndini:
Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini,
Cəbrayıl rayonunun 5 kəndini:
Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndini:
Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli və Baharlını işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!