22 Aprel, 2012
Bəhreyn şəhidlərinin sayı 86 nəfərə çatdı (video)

Ölkəsində sabitlik hökm sürür görüntüsü yaratmaq məqsədilə Formula-1 yarışlarını təşkil edən Ali Xəlifə rejimi daha bir bəhreynlini şəhid edib.

Bildirilir ki, 37 yaşlı Salah Abbas Həbib dünən Bəhreyndə Formula-1 yarışlarına keçirilən etiraz aksiyaları zamanı polis tərəfindən şəhid edilib. O, polisin etiraz aksiyalarını dağıtmaq üçün istifadə etdiyi gözyaşardıcı qaz tüfəngindən açılan atəş nəticəsində həyatını itirib.

Salah Abbas Həbibin şəhadətilə Bəhreyn şəhidlərinin sayı 86 nəfərə yüksəlib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1047.html