
İran mətbuatının bildirdiyinə görə, Əhli-Beytin(ə) adına qurulmuş məclislərin birində əhli-təsənnünün müqəddəsatını təhqir etmiş mərsiyəxan həbs edilib.
Adı açıqlanmayan mərsiyəxan işlətdiyi ifadələr internet səhifələrində yayımlandıqdan dərhal sonra İranın hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş və onun barəsində müsəlmanların vəhdətinə xələl gətirmək iddiasıyla cinayət işi başlanılmışdır.
Xatırladaq ki, İranın Ali Dini Rəhbəri Ayətullah Xamenei inişil fətva verərək əhli-sünnənin müqəddəsatını təhqir etməyi haram buyuraraq bunun yolverilməz olduğunu bildirmişdi.