16 Oktyabr, 2020
QMİ sədri: “Türkiyə və İran dini liderləri Qarabağ torpaqlarının islam torpaqları olduğunu bildiriblər”

Dünya bir zamanlar özünü yazıq göstərən Ermənistana inanırdısa, bu gün artıq inanmır”.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında bildirib.

Qonşu ölkələr olan Türkiyə və İrandan verilən dəstəyi yüksək qiymətləndirən QMİ sədri deyib ki, Tehrandan, Təbrizdən ona məktublar gəlir:

“Bizim haqq işimizi dəstəkləyirlər. Sabah Ayasofiyada dindarlarla görüşüm var. Bir gün sonra İbn-Haldun Universitetinin açılışı olacaq, Türkiyə Prezidenti ilə birgə iştirak edəcəyəm. Həftənin ikinci günü isə Türkiyənin Dini İşlər naziri Erbaşla onlayn keçiriləcək konfransda iştirak edəcəyik”.

QMİ sədri deyib ki, Türkiyə və İran dini liderləri Qarabağ torpaqlarının islam torpaqları olduğunu bildiriblər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10452.html