12 Oktyabr, 2020
Diplomatlar Gəncədə raket atəşinə məruz qalmış əraziyə baş çəkiblər - FOTO

Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədə Ermənistan ordusunun raket atəşinə məruz qalmış əraziyə baş çəkiblər.

Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, onlar dağıntılar törədilmiş ərazidə müşahidə aparıblar. Qonaqlara hadisə haqqında ətraflı məlumat verilib.

Diplomatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.

Qeyd edək ki, diplomatlar və beynəlxalq qurumların təmsilçiləri Mingəçevirə də gedəcəklər.

1

1

1

1

1

1

1

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10430.html