
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini Moskvaya dəvət edib.
Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Rusiya prezidenti Bakı və Yerevana həlak olanların cəsədlərinin və əsirlərin dəyişdirilməsi məqsədilə humanitar zəmində hərbi əməliyyatların dayandırılmasına çağırış edib.