
"2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!"
Ahlibeyt.az bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində yazıb.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı İlham Əliyev daha əvvəl özünün Twitter səhifəsindən ordumuzun Ağdərənin Madagiz yaşayış məntəqəsini düşməndən tam azad etdiyini elan edib.
“Bu gün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”,-Prezident bildirib.
Videogörüntü APA-ya məxsusdur