
Bazar günü Bəhreyndə keçirilməsi nəzərdə tutulan Qran pri yarışmasına etiraz edən on minlərlə bəhreynli paytaxt Manamanın küçələrində etiraz aksiyası keçiriblər.
Şüarlarında Ali Xəlifə rejiminin süqut etməsini və həbs olunanların dərhal azad edilməsini istəyən bəhreynlilər həmçinin "Formula-1" yarışlarının keçirilməsindən məqsədin rejimin Bəhreyndə sabitlik hökm sürür mənzərəsi yaratmaq olduğunu bildiriblər.
Manamadan başqa digər şəhər və məntəqələrdə də etiraz aksiyaları keçirilib ki, hamısı polisin işlətdiyi zor nəticəsində dağıdılıb.
Bundan başqa bildirilir ki, iki gün ərzində Bəhreyndə "Formula-1" yarışlarına etiraz edən 100-dən artıq fəal həbs edilib.