18 Aprel, 2012
Əgər qadın islah olarsa, cəmiyyət də islah olar

Nəcəf mərcei-təqlidlərindən olan Ayətullah Bəşir Nəcəfi Darul-Hidayət Elmi Hövzəsinin bir qrup xanım müəllim və tələbələrilə görüşüb.

Ayətullah Bəşir Nəcəfi görüşü zamanı xanımlara xitabən deyib: "Qadınların cəmiyyətdəki rolu bəlkə də kişilərin rolundan mühümdür. Çünki o gələcək nəsillərin tərbiyəçisidir. O gələcək nəsillərin yol göstərənidir. Əgər qadın islah olarsa, cəmiyyət də islah olar. Yox, əgər qadın fasid olarsa,(Allaha pənah aparıram) cəmiyyəti də məhvə sürükləyər. Qadının saleh olması, gələcyin saleh olmasıdır. Ona görə bilməlisiz ki, sizin öhdəçiliyiniz xeyli ağırdır.  Siz həmçinin fatiməçi və zeynəbçisiz. Bu tərif ən üstün və ən pak tərifdir. Bunun qədrini bilin".

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1039.html