29 Sentyabr, 2020
Türkiyənin aparıcı partiyaları Azərbaycana dəstək bəyanatı verib

Türkiyənin aparıcı siyasi partiyalarının parlament fraksiyaları birgə bəyanat yayaraq Ermənistanın Azərbaycana hücumlarını pisləyib.

Ahlibeyt.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Azərbaycana dəstək bəyanatı hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiyası millət vəkilləri tərəfindən imzalanıb.

“Türkiyə Böyük Millət Məclisində (parlamentdə) təmsil olunan partiyalar Azərbaycandakı dinc yaşayış məntəqələrinin atəşə tutulmasını kəskin şəkildə pisləyir. Ermənistan Silahlı Qüvvələrinin hərəkətləri beynəlxalq hüququ kobud şəkildə pozur.

Son hadisələr göstərir ki, bölgədə sülh və sabitliyə aparan yoldakı əsas maneə məhz Ermənistandır", bəyanatda deyilir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10380.html