17 Aprel, 2012
Ərinin yolunu davam etdirən ana övladlarını Həsən və Hüseyn adlandırdındı

Ərbəin mərasiminə gedən zəvvarları müdafiə edən zaman terrorçunu qucaqlayaraq şəhid düşən əhli-sünnə məzhəbindən olan zabit Nəzhan Cəburinin xanımı dünyaya gətirdiyi əkiz oğlanlarını Həsən və Hüseyn adlandırıb.

xatırladaq ki, Nəzhan Cəburi yanvar ayının 5-də İraqın Zey Qar əyalətinin Bətha məntəqəsində özünü partlatmaqla İmam Hüseyn(ə) zəvvarlarına xəsarət yetirmək istəyən terrorçunu qucaqlayaraq şəhidolmuşdu. Onun anası Yusra Cəburi oğlunun şəhid olması ilə fəxr etdiyini bildirərək demişdi ki, fəxr edirəm ki, oğlum İmam Hüseynin(ə) zəvvarlarını müdafiə edərkən şəhid olub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1038.html