16 Aprel, 2012
Mərakeş kralına məsciddə hücum edildi (video)

Ərəb dövləti olan Mərakeş də bir çox ərəb ölkələrində olduğu kimi diktator tərəfindən idarə olunur.

Son aylar Mərakeşdə də İslami oyanış baş verməkdədir ki, hökümət bunun qarşısını bütün vasitələrlə almaqdadır.

Bildirilir ki, Mərakeş kralı VI Məhəmməd özünü sadə və mömin göstərmək üçün  hərdən bir məscidlərə gedir və Cümə namazlarında iştirak edir. Cümə günü "əl-Həsən əs-Sani" məscidinə Cümə namazına gələn VI Məhəmmədə qəflətən məsciddə olan mərakeşlilərdən biri hücum edib. Düzdür, kralın cangüdənləri hücumun qarşısını alsalar da, kral məscidi tərk etməyi qərara alıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1037.html