16 Aprel, 2012
Suriyada şəhid edilən ruhaninin qatilləri həbs edilib

Suriyadan verilən son xəbərlərə görə, Zeynəbiyyə Elmi Hövzəsinin şəhid edilmiş alimi olan Seyyid Nasir Ələvnin qatilləri həbs edilib.

Bildirilir ki, əməliyyat tədbirləri nəticəsində üç nəfər terrorçu həbs edilib ki, həbs edilmiş hər üç terrorçu "Azad Suriya ordusu"nun üzvüdürlər. Onlar etiraf ediblər ki, artıq üç həftədir ki, bu terror aktını hazırlayırmışlar.

Həmçinin bu gün Seyyid Nasir Ələvinin dəfn mərasimində həmin dəstənin daha iki üzvü də həbs edilib.

Xatırladaq ki, 36 yaşlı Seyyid Nasir Ələvi srağagün evinin qarşısında terrorçular tərəfindən güllələnmişdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1036.html