
Livanın xarici işlər naziri Liviya Milli Keçid Şurasının sədri Mustafa Əbdül-Cəlilin İmam Musa Sədrin öldürüldüyü xəbərlərinə münasibət bildirib.
Adnnan Mənsur deyibki, MKŞ sədrinin söylədiyi fikirlər dəqiq deyil və bu sözlər İmam Musa Sədrin taleyinin araşdırılmasına maneələr yaradır. Biz dəfələrlə Liviya tərəfindən xahiş etmişik ki, əldə dolğun və tutarlı dəlillər olmayınca, mətbuata heç bir məlumat verilməsin.
Xatırladaq ki, MKŞ sədri Fransanın France 24 televiziya kanalına müsahibəsi zamanı İmam Musa Sədrin Tripolidəki kütləvi məzarlıqların birində dəfn edildiyini bildirmişdi.