14 Aprel, 2012
Liviya MKŞ sədir: İmam Musa Sədr Tripolidəki kütləvi məzarlıqların birində dəfn olunub

Liviya Milli Keçid Şurasının sədri Mustafa Əbdül-Cəlil 1978-ci ildə Müəmmər Qəzzafi tərəfindən oğurlanmış imam Musa Sədrin Tripolidəki kütləvi məzarlıqların birində dfən edildiyini açıqlayıb.

O deyib ki, əldə etdiyimiz məlumatlara əsasən İmam Musa Sədr Tripolidə yerləşən qəbirstanlıqların birində dəfn edilmişdir. Həmin qəbiri açmaq və cəsədləri çıxartmaq yalnız Livan dövlətinin nümayəndələrinin iştirakı ilə həyata keçiriləcəkdir.

MKŞ sədri Liviyan ədliyyə sisteminin mütəxəssislərini bu işi araşdırmaq üçün seçmişik və onlar artıq Livan ədliyyə işçiləri ilə təmas qurublar.

Xatırladaq ki, bir neçə gün öncə Liviya hökümətinin rəsmi sözçüsü də İmam Musa Sədrin cəsədinin tapıldığını bildirmişdi ki. bunun ardından Livan xarici işlər naziri bu məlumatı təkzib etmişdi.

abna.ir

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1034.html