
Suriyadan verilən son xəbərlərə görə, Suriyada hökümət əleyhinə fəalliyət göstərən terrorçular dünən "Ələviyyə" hüseyniyyəsinin imam camaatı Seyyid Nasir Ələvini şəhid ediblər.
O dünən Zeynəbiyyə məntəqəsində evdən çıxarkən silahlıların hücumuna məruz qalıb. O dərhal xəstəxanaya qaldırılsa da, həyatını xilas etmək olmayıb.
Bildirilir ki, Zeynəbiyyə Elmi Hövzəsinin alimlərindən olan Seyyid Nasir Ələvi Suriyada son hadisələr zamanı öz evlərindən qaçaraq Zeynəbiyyə məntəqəsinə pənah gətirənlərə yardım edənlərdən olub.