
Türkiyə Xarici İşlər Nazirliyi İsveçdə Quranın yandırılması təxribatına sərt mövqe bildirib.
Ahlibeyt.az-ın məlumatına görə, APA-nın yerli bürosunun Türkiyə XİN-ə istinadla xəbərinə əsasən, nazirlik Danimarkadan İsveçin Malmö şəhərinə gələn İslam düşməni, irqçi bir “siyasətçi” ilə tərəfdarlarının “Qurani-Kərim”ə qarşı çirkin davranışları şiddətlə qınadığını bildirib: “Sözügedən davranışlar birgə yaşayışa və Avropa dəyərlərinə də vurulan zərbədir. Avropada yaşayan müsəlmanların son vaxtlar gündəlik həyatlarında sistemli şəkildə ayrı-seçkilik, irqçilik və İslam əleyhinə təzyiqlərlə üzləşirlər. Müqəddəs kitabımız olan “Qurani-Kərim”ə qarşı sərgilənən belə təhqiramiz hərəkətlər buna bariz nümunədir”.
XİN-in mövqeyində daha sonra bildirilib ki, İsveç səlahiyyətliləri Qurana qarşı təxribat yaradan və qondarma siyasətçinin ölkəyə girişinə qadağa qoyan nümayişə icazə verməsələr də, avqustun 28-də ifrat sağçı partiyanın üzvləri təxribatçı hərəkətlərə əl atıblar: “İsveç hakimiyyətinin icazəsiz nümayişdə Qurana hörmətsizlik edənləri həbs etməsi düzgün addımdır. İsveç səlahiyyətlilərini gələcəkdə bu ölkədəki müsəlmanlara hörmətsizlik edənlərə qarşı lazımi tədbirlər görməyə dəvət edirik”.
Qeyd edək ki, bir neçə gün əvvəl küçə sənətçisi əvvəllər etnik nifrət oyatmaqda ittiham olunan Dan Park, şəhər rəhbərliyinə "Skandinaviyanın islamlaşmasının fəsadları" mövzusunda Rusengordakı İslam Mərkəzinin qarşısında nümayiş keçirmək üçün müraciət etmişdir. Aksiyanın, müsəlmanların cümə namazı zamanı keçirilməsi və Danimarkanın sağçı ekstremist partiyası "Sərt Kurs" lideri Rasmus Paludanı dəvət etmək üçün iştirak etməsi planlaşdırıldı. Aksiyada Qurani-Kərimin yandırılması da planlaşdırılmışdı.
Polis aksiyanın keçirilməsinə icazə verməyib. Lakin buna baxmayaraq Quran yandırılması Rusengordda, Emilstorpun sənaye zonasında baş verib.