
Misir polisi İxvanəl-Müslimin hərəkatının liderinin müavini Mahmud İzzəti həbs edib.
Ahlibeyt.az-ın məlumatına görə, Salamnews bu barədə Ələrəbiyyə telekanalına istinadla xəbər verir.
Bildirilib ki, İxvanəl-Müslimin hərəkatının liderinin əvəzedicisi bir neçə il axtarışdan sonra bu gün Qahirədə həbs edilib.
Qeyd edək ki, İxvanəl-Müslimin hərəkatı Misirdə terror təşkilatı elan edilib.
2013-cü ildə prezident Məhəmməd Mursinin hərbçilər tərəfindən devrilməsindən sonra İxvanəl-Müslimin hərəkatının fəaliyyəti qadağan edilib və minlərlə üzvü həbsə məruz qalıb.
Xatırladaq ki, hərəkatın lideri Məhəmməd Mursi həbsdə olarkən 2019-cu ildə məhkəmə zalında dünyasını dəyişib.