13 Aprel, 2012
Daha bir bəhreynli şəhid düşdü

Bəhreyn inqilabçılarının internet sosial şəbəkələrində yaydıqları son məlumata görə, Sar məntəqəsində 25 yaşlı Seyyid Məhəmməd Rza adlı gənc şəhid düşüb.

Süleymaniyə xəstəxanasından ailəsinə onun bir avtomobil tərəfindən vurulduqdan sonra xəstəxanaya çatdırıldığı bildirilsə də, şahidlərin sözlərinə görə o polis avtomobili tərəfindən qəsdən vurulmuşdur. Polis xidməti avtomobillə onu vurduqdan sonra isə hadisə yerindən qaçmışdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1029.html