13 Aprel, 2012
Etirazlara rəğmən Formula-1 yarışları keçiriləcək

Beynəlxalq Avtomobil Federasiyasının(FİA) rəsmi saytında bildirilir ki, aprel ayının 22-də Bəhreyndə planlaşdırılan Formula-1 yarışlarını ləğv edilməyəcək.

Keçən il mart ayında Bəhreyn Qran-prisi məhz ölkədə rejim əleyhinə keçirilən etiraz aksiyalarına görələğv edilmişdi. Bu il Qran-prinin keçirilib-keçirilməyəcəyi də sual altında idi. Ali Xəlifə rejimi təşkilatçılar və iştirakçıların təhlükəsizliyini təmin etməyi dəfələrlə bildirsə də, FİA tərəddüdiçində idi. Belə ki, bəzi komandalar yarışlar amanı təhlükəsizliyin yüksək səviyyədə təmin olunmamasından ehtiyat edirdilər.

Bundan başqa beynəlxalq insan haqqları təşkilatları da Ali Xəlifə rejiminin öz xalqına qarşı amansız mövqe sərgilədiyinə görə, Bəhreyn Qran-pri yarışının keçirilməməsini istəmişdi.

Eyni zamanda Bəhreyn inqilabçılarının mərkəzi təşkilatı "Bəhreyn 14 Fevral Koalisiyası" da bir müddət öncə bəyanat yayaraq təşkilatçılardan yarışların keçirilməməsini istəmişdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1028.html