3 Avqust, 2022
Məhərrəm ayının 5-ci günü Kərbəlada baş verən hadisələr

Hicri-qəməri təqvimi ilə bu gün məhərrəm ayının 5-nə təsadüf edir. Bu günlər Kərbəlada Əhli-beytin (ə) ağır günləri davam edir və çətinliklər getdikcə daha da artırdı.

Məhərrəm ayının 5-də Ömər Sədin başçılığı ilə 16 mindən artıq sayı olan ordu Kərbəla səhrasında İmam Hüseynin karvanının qarşısını almaq üçün yerləşmişdi.

Bu gündən başlayaraq digər bölgələrdən İmam Hüseynin karvanına qoşulmalaların qarşısının alınması üçün Yezid ibni Müaviyənin İraqdakı ordusu tərəfindən xüsusi göstərişlər verilmişdi.Amma bəzi kufəlilərin İmam Hüseynə qoşulmaq ehtimalı var idi.

Übeydullah ibn Ziyad Şəbəs ibn Rəbini yanına saraya çağırtdırdı. Şəbəs ibn Rəbi özünü xəstəliyə vurmuşdu və istəyirdi Übeydullah onu Kərbəlaya göndərməsin. Übeydullah ona bir məktub yazaraq bildirdi ki, Allahın Quranda buyurduğu şəxslərdən olmasın halbu ki Allah onların haqqında belə buyurudub: Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (onları) yalnız ələ salırıq» deyərlər. Sonra ona xatırladaraq bildirdi ki, əgər bizim əmrimizə itaət edir və bizimləsənsə gərək yanımızda hazır olasan. Şəbəs gecə ikən Übeydullahın yanına gəldi. Übeydullah ibn Ziyad da, onu öz yanında oturdub dedi: Kərbəlaya gərək gedəsən və Şəbəs qəbul etdi.

Ubeydulla ibni Ziyad  Şəbəs ibni Rəbini məmur etdi ki min nəfərlə Kufə-Kərbəla yolunu nəzarətə götürsün. Bu müddət ərzində İmam Hüseynin karvanına qoşulmaq istəyən bir çoxlarının qarşısı alındı. Kufədə İmam Hüseunə qovuşmaq istəyənlər də maneələr və təhlükələrlə üzləşdilər.

Sonra Übeydullah, Kufəlilərin Kərbalaya getmək üçün istifadə etdiyi Cisr körpüsündə Zəcr ibn Qeysi silahlı bir dəstə ilə gündərdi ki, imam Hüseynə (ə) köməyə getmək istəyənlərin qarşısını alsın.

Amir ibn Səlamə adında bir kişi imam Hüseynə (ə) kömək üçün Kərbəlaya gedirdi körpüdən keçmək istəyəndə Zəcr ibn Qeys ona dedi: mən sənin hara getdiyindən xəbərdaram. Hüseynə (ə) kömək etmək istəyirsənsə, qayıt! Lakin Amir ibn Əbi Səlamə, Zəcr və onun silahlı dəstəsinə həmlə edərək onların arasından keçdi və kimsə də, onun arxasınca getməyə cürət etmədi. Amir özünü Kərbəlaya çatdırıb imam Hüseynə (ə) qoşulub şəhadətin uca məqamına çatdı. O həmçinin imam Əlinin (ə) də, sadiq səhabələrindən idi və dəfələrlə Həzrətin (ə) yanında müharibələrdə iştirak etmişdi.

Məhərrəmin əzadarlığında hər bir gündə bir Kərbəla qəhramanını andıqları kimi bu ayın beşində də həzrət Qasimi anırlar. Həzrət Qasim əmisi oğlu Əliyyi-Əkbərdən sonra döyüş meydanına yollanan ikinci Kərbəla qəhramanı idi. Qeyri bərabər döyüşdə Yezid ibni Müaviyənin ordusunun komandiri Ömər Səd 14 yaşlı uşağın öldürülməsi üçün xüsusi əmr verir. Tarixi faktlara görə Ömər Sədin ordusunda olan Xəvaricdən biri Əzrəq Şaminin qrupu Qasimin öldürülməsi üçün özəl əmr alırlar. Onlar Qasimi çoxsaylı əsgərlərlə mühasirəyə alıb, sonra təkləyib atdan salır və onu qətlə yetirirlər.

Bildirir ki, Qasimin ölümü İmam Hüseyni(ə) oğlu Əliyyi-Əkbərin ölümündən daha çox narahat etmişdi. Çünki o qardaşı İmam Həsənin(ə) əmanəti idi!

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10272.html