21 Avqust, 2020
Kərbəlada “Məhərrəmlik” rəmzi olan qara bayraq qaldırılıb - VİDEO

 

Kərbəlada məhərrəm ayının daxil olması ilə əlaqədar əzadarlıq mərasimlərinin rəmzi olan qara bayraq qaldırılıb.

Ahlibeyt.az-ın məlumatına görə, ötən gün Kərbəlada İmam Hüseynin və Həzrət Əbəlfəzl Abbasın(ə) mübarək məqbərələrində qırmızı bayrağın qara bayraqla dəyişdirilməsi mərasimi keçirilib.

Həzrət İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzl Abbasın (ə) müqəddəs ziyarətgahlarında Məhərrəm ayının daxil olması münasibətiylə 20 avqust tarixində axşam türbələrin günbəzindəki qırmızı bayraqlar matəm rəmzi olan qara bayraqlarla əvəzlənib.

Bu  il koronovirus pandemiyası ilə əlaqədar olaraq Kərbəla şəhərində tətbiq olunan bəzi məhdudiyyətlərə görə, Məhərrəm ayının ilk gecəsində müqəddəs hərəmlərdəki əza bayraqların əvəzlənməsi mərasimində yalnız Kərbəla sakinləri iştirak edib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10260.html