12 Aprel, 2012
Silahlılar atəşkəsi pozub

Bu gün səhər saat 6-dan BMT-nin Suriya üzrə təmsilçisi Kofi Annanın irəli sürdüyü plana əsasən Suriyada hökümət qüvvələri ilə "Suriya Azadlıq Ordusu" arasında atəşkəs elan edilib.

Buna baxmayaraq saat 06:30-da yəni atəşkəs elan ediləndən yarım saat sonra Deraa vilayətində BƏƏS partiya şöbəsinin sədri Nasir Bheyt Nasirə qarşı sui-qəsd törədilib. Nəticədə o həyatını itirib.

Sat 08:00-da isə Hələbdə hərbçiləri daşıyan avtobusa əl qumbarası ilə edilən hücum zamanı 1 zabit dünyasını dəyişmiş, 24 zabit və əsgər isə yaralanmışdır. Bundan başqa ətrafda olan vətəndaşlardan da bir neçəsi xəsarət almışdır.

Bundan əlavə İdlib bölgəsində əsgər maşınını partladıblar. Nəticədə avtomobildə olan zabitlər yaralanmışlar.

sana.sy

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1026.html