18 Avqust, 2020
Kərbəla əyalətinin girişi məhərrəm ayının 13-ə qədər bağlı elan edilib

Koronavirus pandemiyası ilə mübarizə fonunda Kərbəla əyalətinin bütün girişləri məhərrəm ayının 13-ə kimi bağlı elan edilib.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalətin polis idarəsi bəyanat verib.

Bildirilib ki, koronavirusa görə Kərbəla əyalətinin bütün girişləri zəvvarların, eləcə də digər əyalət sakinlərinin üzünə bağlı olacaq.

Qeyd edək ki, son günlərdə İraqda koronavirusa yoluxmanın gündəlik statistikasında rekord rəqəm qeydə alınıb. Ötən gün İraqda bir sutkaya 4,300 nəfərdə koronavirus aşkarlanıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10250.html