
Krımın mərkəzi şəhəri Simferopolun Ağ-Məscid mikrorayonunda yeni məscid inşa ediləcək.
Ahlibeyt.az-ın məlumatına görə, Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, Krımın mərkəzi şəhəri Simferopolun Ağ-Məscid mikrorayonunda yeni məscid inşa ediləcək. Şəhər rəhbərliyi məscidin inşası üçün torpaq sahəsi ayırıb.
Məscidin inşasına torpağın ayrılması istəyi ilə mikrorayon sakinləri şəhər rəhbərliyinə müraciət edib.
Xatırladaq ki, bundan başqa, hazırda Simferopolda Krım Cümə Məscidinin inşası davam etməkdədir. Məscidin bir il sonra istifadəyə veriləcəyi gözlənilir. Layihəyə əsasən, müsəlman ibadətgahının ümumi sahəsi 5,7 min kvadrat metr olacaq və orada 2,6 min insan ibadət edə biləcək.