3 Avqust, 2020
Səudiyyə koronavirus fonunda keçirilən həcc mərasiminin bitdiyini elan edib (VİDEO)

Həcc mərasimi koronavirusa heç bir yoluxma olmadan bitib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir.

Bildirilib ki, “Vida təvafının yerinə yetirilməsilə bu ilin həcc mərasimi daha tez bitib.”

Sədiyyə Ərəbistanın Səhiyyə Nazirliyi bu ilin həcc mərasimində koronavirusa heç bir yoluxma halının olmadığını bəyan edib.

Qeyd edək ki, bu ilin həcc mərasimi izdiham baxımından müasir dövrdə ən kiçik hesab edilir. Bu il 10 minə qədər hacı mərasimə qatılıb ki, onların böyük əksəriyyəti də ölkə vətəndaşları və burada məskunlaşanlardır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10236.html