12 Aprel, 2012
Danimarkanın Bəhreyndəki səfiri hərbi hospitalda Əbdül-Hadi əl- Xəvacə ilə görüşüb

Bəhreyndə həbs edilən İnsan Hüquqları Mərkəinin fəalı Əbdül-Hadi əl-Xəvacənin vəkili bildirib ki, Danimarkanın Bəhreyndəki səfiri müvəkkili ilə görüşüb.

O deyib ki, səfirə onunla görüşməyə icazə verilsə də bizim hələ də onunla görüşməyimizə icazə verilmir.

Vəkil həmçinin bildirib ki, insan haqqları məsələləri ilə məşğul olan 14 beynəlxalq təşkilat ABŞ prezidenti Barak Obamaya məktub yazaraq ondan istəyiblər ki, Əbdül-Hadi əl-Xəvacənin azad edilməsini Bəhreyn rejimindən xahiş etsin.

Xatırladaq ki, artıq iki aydan artıqdır ki, həm Bəhreynin həm də Danimarkanın vətəndaşı olan Əbdül-Hadi əl-Xəvacə qanunsuz olaraq həbs edildiyinə görə aclıq aksiyası keçirir və onun səhhətində problem yarandığı üçün o hərbi hospitala yerləşdirilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1023.html