
əl-Cəirə telekanalı Liviya hökümətinin rəsmi sözçüsü Nasir əl-Maniyə istinadən bildirib ki, 1978-ci ildə Liviyada Müəmmər Qəzzafi tərəfindən iki yoldaşı ilə birlikdə oğurlanmış İmam Musa Sədrin cəsədinin tapılıb.
əl-Maninin sözlərinə görə, Tacura məntəqəsindəki qəbirstanlıqların birində kişi meyidi tapılıb ki, çox ehtimal həmin cəsəd İmam Musa Sədrin cəsədidir. əl-Mani bunun dəqiq yoxlanılıb araşdırılması üçün həmin cəsədin paytaxt Tripolidəki xəstəxanaların birinə göndərildiyini də bildirib.