
Çoxdilli Shafaqna agentliyinin Azərbaycan dilində saytı fəaliyyətə başlayıb
Ahlibeyt.az-ın məlumatına görə, barədə “Shafaqna Qafqaz”ın Yazı İşləri müdiri, İslamazeri.com-un təsisçisi Ramin Bayramov bildirib.
O qeyd edib ki, "Shafaqna Qafqaz"ın ilk saytı "Shafaqna Azərbaycanca" xəbərlər, müsahibələrlə yanaşı video layihələri ilə diqqət çəkəcək.
“Shafaqna” saytının Azərbaycan dili redaksiyasının ofisi Gürcüstanın paytaxtı Tiflisdə yerləşir.
Məlumata görə, jurnalist Ramin Bayramov Az.shafaqna.com -un yazı işləri müdiri, Emin Səmədov isə saytın Azərbyacan Televiziya və Video layihələr üzrə mütəxəssisi, video və sosial şəbəkə işləri üzrə məsul işçisi təyin olunub.
“Alulbayt Gürcüstan”ın rəhbəri, Ayətullah Seyid Əli Sistaninin tam səlahiyyətli vəkili Ayətullah Şəhristaninin Gürcüstan təmsilçisi Hacı Faiq yeni addımla bağlı bildirib ki, medianın yeni standartlara uyğun gözəl video layihələrlə aparıcı agentliklərin işlədiyi formatda, həmçinin istər Gürcüstan, istər Azərbaycan, istərsə də İslam dünyası və dünya xəbərləri ilə izləyicilərin diqqətini çəkəcəyini düşünürük.
O deyib:
"“Shafaqna” özünün yayım siyasətinə görə, böhtan, tərəfkeşlik, təhqir, sərt tənqid, ümumiyyətlə ölkələrin daxili, xarici siyasətlərinə mənfi imic formalaşdıran şərh yazmaq, bu istiqamətdə hədəfə almaq kimi xəbər və məlumatlar yayımlamır. Odur ki, izləyicilər Az.shafaqna.com portalında da bu yayım siyasətini görəcəklər."