3 İyul, 2020
Türkiyənin Aya Sofya qərarına Yunanıstandan etiraz

Türkiyənin "Aya Sofya"nın məscid kimi fəaliyyətinin bərpa edilməsi qərarına Yunanıstandan etiraz bildirilib.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Yunanıstan hökumətinin sözçüsü Stelios Petsas deyib.

Bildirilib ki, Aya Sofya ümumdünya irsi abidəsidir və ABŞ Dövlət Departamenti də daxil olmaqla, bir çox ölkələr Türkiyə ilə xristianlar arasında böyük bir emosional uçurumun yaranmaması üçün bu ölkəyə xəbərdarlıq edib.

 

Qeyd edək ki, bir neçə gün öncə Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 1934-cü ildə qəbul edilən qərarın ləğv olunması ilə bağlı məhkəmə prosesi başa çatıb. Qərara görə Aya Sofya məscid kimi fəaliyyəti bərpa edilməlidir. Yekun qərar 15 gün ərzində elan ediləcək.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10201.html