12 Aprel, 2012
Sionistlər müsəlman qəbirstanlığını avtodayanacağa çeviriblər

FİA bildirir ki, Qüds şəhərindəki "Əsqəlan" qəbirstanlığı yaxınlıqdakı hipermarketə gələn müştərilər həmin qəbirstanlıqdan avtomobilləri üçün avtodayanacaq kimi istifade edirlər.

Qüds İslam Vəqf idarəsinin məsul işçisi Mustafa Əbu Zuhrə ölülərə hörmətin dirilərə hörmət olduğunu bildirərək deyib ki, əgər bu qəbirstanlıq xristian yaxud yəhudi qəbirstanlığı olsa idi, bütün dünya bunu qınayaraq vandalizm adlandırardı.

Bundan başqa Knessetdə parlamentari Əhməd ət-Teybi də bu halı qınayaraq bildirib ki, əgər Fransada hansısa yəhudi qəbirstanlığı avtodayanacaq əvəzinə istifadə olunsa idi, İsrail dünyanı ayağa qaldırardı.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1020.html