25 İyun, 2020
Məkkədə üzərinə Quran ayələri yazılmış daş kitabələr tapılıb – FOTO

Məkkənin aidiyyatı üzrə orqanlarına təhvil verilmiş daş kitabələrin tarixi Abbasilər hakimiyyətinin son dövürlərinə təsadüf edir.

Ahlibeyt.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, üzərində Quran ayələri yazılmış daş kitabələrin 655-ci hicriqəməri ilinə (miladi 12-ci əsar) aid olduğu bildirilib.

Quran ayələri yazılmış daş kitabələr Məkkənin məsul məqamlarından biri olan Məhəmməd bin Abdullah Qüvəyhis və Məkkənin turizm şurasının baş katibi Hişam bin Məhəmməd Mədəninin iştirakı ilə aidiyyatı üzrə idarəyə təqdim olunub.

Daş kitabələrin kəşf edildiyi ərazidə qazıntı işləri davam edəcək. Tapılan qədim və tarixi əşyalar Ərəbistanın turizm nazirliyinə təhvil veriləcək.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10196.html