Camilerimizi Cuma ve öğle-ikindi vakitlerinde cemaatle namaza açmıştık. Yarın sabahtan itibaren maske ve mesafeye dikkat ederek sabah, akşam ve yatsı vakitlerinde de cemaatle namaza açıyoruz. Rabbim ibadetlerimizi kabul etsin.

Türkiyədə tibbi maska taxmaq və sosial məsafəni gözləmək şərtilə bütün məscidlərdə camaat namazının qılınmasına başlanılacaq.
Ahlibeyt.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Dəyanət Başqanı(Dini işlər naziri) Mehmet Ali Erbaş bir gün əvvəl tüitter sosial media hesabında açıqlayıb.
Nazir bildirib ki,bir müddət əvvəl ölkə ərazisindəki bütün məscidlərdə maska və ssosial məsafəni gözləmək şərti ilə cümə, həmçinin zöhr və əsr namazları qılınmağa başlamışdır.Sabahdan isə məscidlərdə maska və məsafə gözlənilməklə sübh, məğrib və xiftən namazları da qılınacaq. Rəbbim ibadətlərimizi qəbul etsin - deyə nazir bildirib.