23 İyun, 2020
Bu il Həcc ziyarəti xarici zəvvarlar üçün ləğv olundu

Səudiyyə Ərəbistanı hökuməti koronavirus səbəbindən İslamın müqəddəs şəhərləri Məkkə və Mədinəyə bu il Həcc ziyarətini ləğv edib.

Ahlibeyt.az-ın Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Həcc və Ümrə Nazirliyi bu il Həcc ayinlərinin yerinə yetirilməsi ilə bağlı açıqlama yayıb.

Dünyanın 180-dən çox ölkəsində koronavirusun (Covid-19) yayılması ilə əlaqədar olaraq Səhiyyə Nazirliyinin tövsiyələrinə, habelə Krallığın zəvvarlara göstərilən qayğısına görə, yalnız hazırda ölkə hüdudlarında yaşayan müxtəlif millətlərdən olan və Həcc ziyarətini yerinə yetirmək arzusunda olan məhdud sayda insan üçün ziyarətinin təşkili qərara alınıb.

Zəvvarların təhlükəsizliyini təmin etmək və onların pandemiya təhlükəsindən qorunması üçün Həcc ayinlərinin profilaktik tədbirlərə və sosial məsafəyə uyğun şəkildə aparılmasını təmin etmək üçün edilir.

Nazirliyin məlumatında bildirilir ki, hər il milyonlarla hacıya xidmət göstərmək bizim üçün böyük bir şərəfdir və bu qərar hökumətin zəvvarların təhlükəsizliyi və sağlamlığı üçün daim qayğısına əsaslanır.

 


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10191.html