11 Aprel, 2012
Mövləvi Mustafa Cənginin qətl edənlər həbs edilib

İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi(ETTELAAT) məlumat yayaraq bildirib ki, yanvar ayında qətlə yetirilmiş Rask şəhərinin İmam Cüməsi Mövləvi Mustafa Cəngi Zəhinin qətlində əli olan 15 nəfər terrorçu həbs olunub.

Nazirlik bildirib ki, həbs olunan vahhabiyönümlü terrorçulara maliyyə yardımını bölgədəki bəzi ölkələr ABŞ, İngiltərə və sionist rejimin dəstəyilə həyata keçiriblər

ETTELAAT həmçinin əhli-sünnə şəhərinin İmam Cüməsinin ailəsinə başsağlığı ərz etmiş və  cinayətin sifarişçilərinə xəbərdarlıq edərək bildirib ki, bundan sonra da ölkənin sabitliyini pozmağa çalışan ünsürlərin qarşısı qəti şəkildə alınacaq.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1019.html