15 İyun, 2020
BMT Təhlükəsizlik Şurası İsrailin Fələstin ərazilərini ilhaq etməsi haqda toplantı keçirir

BMT Təhlükəsizlik Şurası İsrailin işağl edilən Fələstin əraziləri üzərində suverenliyini elan etmək planına görə toplantı keçirir.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews Fələstin Media Mərkəzinə istinadla xəbər verir ki, bu barədə Fələstinin BMT-dəki rəsmi nümayəndəsi Riyaz Mənsur məlumat verib.

Fələstin rəsmisi açıqlayıb ki, BMT TŞ cari ayın 24-də işğal edilən ərazilərin İsrail tərəfindən ilhaq edilməsilə bağlı toplantı keçirəck.

Fələstin rəsmisi bu toplantının İsrailin təcavüzlərini dayandırmaq üçün nəticə verəcəyinə ümidvar olduğunu deyib.

Bu toplantı canlı şəkildə yayımlanacaq.

Qeyd edək ki, İsrail işğal edilən İordan çayının qərb sahilindəki İordan vadisi üzərində, habelə burada salınmış 121 massivin üzərində suverenliyini elan etmək istəyir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10185.html