
Bu sübh İmam Rzanın (ə) hərəminin qapıları ziyarətçilərin üzünə açılıb.
Ahlibeyt.az-ın Tasnim agentliyinə istinadən məlumata görə, iki aylıq fasilədən sonra İran koronovirusla mübarizə komitəsi Məşhəddə İmam Rzanın(ə) hərəminin ziyarətçilərin üzünə açılması barədə qərar qəbul edib.
Məlumata görə, Qum şəhərində yerləşən Xanım Məsumə(s.ə), Cəmkəran məscidi və Şah Əbdüləzim ziyarətgahlarının qapıları zəvvarların üzünə açılıb.